- Baxış sayı: 32
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 114
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasının 14-cü turunun “Zirə” ilə oyunu “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun 200-cü qarşılaşması olub. Allsport.az xəbər verir ki, məşqçilik karyerasında 3 klubda çalışan mütəxəssis Premyer Liqa oyunlarında “Karvan”ı 152, “Standard”ı 13, “Xəzər Lənkəran”ı 35 qarşılaşmaya çıxarıb.
Bu görüşlərdə onun yetirmələri 78 qələbə qazanıb, 52 heç-heçə edib və 70 dəfə uduzub. Onun rəhbərlik etdiyi komandalar 261 qol vurub, 206-nı buraxıb.
Hüseynov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 9-cu baş məşqçidir. Onlardan ikisi – mütləq rekordun sahibi Qəhrəman Əliyev (381) və çempionatın ən titullu məşqçisi Ağasəlim Mircavadov (343) 300-ü də arxada qoyub. Kazbek Tuayev, Mehman Allahverdiyev, Əsgər Abdullayev, Vaqif Sadıqov, Qurban Qurbanov, həmçinin legioner məşqçilər arasında rekordçu olan Kaxaber Sxadadze də Premyer Liqada 200-də çox matça “sükan arxasında” olublar.