Yunis Hüseynov: Avropa liqasında oynamaq üçün yeganə ümidimiz ölkə kuboku idi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Keşlə” (2:3) matçından sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda “sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov bunu söyləyib:

“Oyunla bağlı fikir demək çətindir. Qış fasiləsindən sonra Avropa liqasına vəsiqə qazanmaq şansının qalması üçün kubokda mərhələ adlamaq istərdik. Çünki çempionatda müvafiq yerləri tutmaq çətin olar. Amma kubokda irəliləmək mümkün idi.

Əfsuslar olsun ki, bunu da bacarmadıq. İlk oyunda uduzduqdan sonra, cavab matçında bizim üçün çətin olacağı hiss olunurdu. Uşaqlarda istək vardı, çox çalışdılar ki, qələbə qazansınlar. Təcrübə çatmadı. Ona görə də məğlub olduq. “Keşlə”ni təbrik edirəm”.

Həmin kateqoriyadan