- Baxış sayı: 28
- 25 Noyabr 2024 20:27
- Baxış sayı: 85
- Noyabr 25, 2024
- 0
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Azərbaycan çempionatının liderinə qarşı gərgin oyun keçirdik. “Qarabağ”a qarşı matçda futbolçularımız pis təsir bağışlamadılar. Döyüşən gənclərimizdən razı qaldım. Düşünürəm ki, gələcəkdə bu futbolçular yaxşı oyunlar sərgiləyəcəklər. Həmin gənclərdən Elşən Rzazadə milli komandaya dəvət alıb. Bizim heyətimiz geniş deyil. Oyun ərzində zədə alan futbolçuları əvəz etməli idim, amma bunun üçün imkanım yoxdur. Biz gələcəyə nikbin baxırıq. Qoyulan qadağa dekabr ayında başa çatacaq. Yaxşı kollektiv qurub, nəticələr əldə edəcəyik. Gənc futbolçulardan narazı deyiləm. Soyunub-geyinmə otağında heç kimi xüsusi fərqləndirmirəm, sadəcə ümumi fikrimi bildirirəm. İstəyim odur ki, 1 oyun yaxşı oynayan kimi başını qaldırmasınlar”.