- Baxış sayı: 100
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qalib gəlmək istəyirdik. Təəssüf ki, fərdi səhvdən qol buraxdıq. “Kəpəz” layiq olduğu qələbəni qazandı, öz komandamın çıxışından razı deyiləm. Qış fasiləsinə qədər cəmi 1 oyunumuz qalıb. “İnter”lə oyuna qədər zədəli futbolçuların sıraya dönməsini təmin etməliyik ki, meydançaya 11 oyunçu buraxaq”.