- Baxış sayı: 26
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 115
- Noyabr 28, 2024
- 0
Millinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsində Uelsə qarşı səfər oyunu öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis Kardiffdə mətbuat konfransında bunu söyləyib:
“Oyuna hazırlaşmaq üçün vaxtımız az oldu. Buna baxmayaraq, keyfiyyətli məşqlər keçdik, təhlillər apardıq. Uels güclü rəqibdir. Futbolçularının əksəriyyəti İngiltərə Premyer Liqasında və Çempionşipdə çıxış edir. Heyətində Qaret Beyl kimi ulduz futbolçu var. Razıyam, rəqib favoritdir, amma bizim də gözləntilərimiz var, şansımızın olduğuna inanırıq.
Xorvatiya millisinə qarşı oyunu nümunə göstərə bilərəm. Uğurlu oyun modeli idi. Uelsə qarşı da kompakt oynamalı, meydanda aqressiv olmalı, əks-hücumlardan yararlanmalıyıq. Təəssüf ki, zədəli futbolçularımız var. Eddi İsrafilov, Bədavi Hüseynov, Rahil Məmmədov bu görüşdə bizə kömək edə bilməyəcəklər”.