Yuri Tilemans: «Ən çətin anda özünəinamı bərpa idik»

«Ölkə kubokunda «Kortriyk»ə məğlubiyyətdən sonra özümüzə gəldik. «Genk»lə oyunda xal itirsək də, müdafiədə etibarlı oynadıq». Allsport.az saytı xəbər verir ki, bu sözü Belçika mətbuatina «Anderlext»in futbolçusu Yuri Tilemans ölkə çempionatının 18-ci turunda «Genk»lə oyundan (0:0) sonra deyib.

18 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları «Qarabağ»la oyunda özünəinamı bərpa etməyin əhəmiyyətindən danışıb: «Ən çətin anda özünəinamı bərpa etməli idik ki, bunu da bacardığımızı düşünürəm. Bu, Avropa Liqasının qrup mərhələsində qarşılaşacağımız «Qarabağ»la oyunöncəsi bizim üçün çox önəmlidir».

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək «Anderlext» — «Qarabağ» oyunu Bakı vaxtı ilə saat 00:05-da başlayacaq.

Həmin kateqoriyadan