- Baxış sayı: 32
- 29 Mart 2026 14:51
- Baxış sayı: 68
- Mart 29, 2026
- 0

“Yuventus” Avropa Super liqasını təşkil etmək planından əl çəkib.
Allsport.az xəbər verir ki, Turin təmsilçisi layihədən geri çəkilmək qərarına gəlib və artıq bu istiqamətdə əməkdaşlığı dayandırmaq üçün digər namizədlərə – “Real Madrid” və “Barselona”ya məktublar göndərib.
Proses bir neçə həftə çəkəcək, lakin İtaliya təmsilçisinin super liqadan imtina qərarı qətidir.
“Yuventus” 2021-ci ilin aprelində Super liqanın yaradıldığını elan edən 12 klub arasında olub.