- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

İtaliya kubokunun 1/2 final mərhələsinin cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzan “Yuventus” ümumi hesabda qalib gəlib.
Allsport.az xəbər verir ki, 12-ci dəqiqədə Tati Kastellanos romalıları hesabda irəli çıxarıb, ikinci hissənin əvvəlində isə argentinalı dubla imza atıb. İlk oyun 2:0 hesabı ilə başa çatdığı üçün qolu “qoca sinyora”ya finala yüksəlməyə imkan verən turinlilərin 83-cü dəqiqəsində Arkadiuş Milik fərqlənib.
“Yuventus” İtaliya kubokunun finalında ya “Atalanta” ya da “Fiorentina” ilə qarşılaşacaq.