- Baxış sayı: 34
- 29 Mart 2026 12:01
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

İtaliya futbol federasiyasının (İFF) məhkəməsi “Yuventus”un keçmiş prezidenti Andrea Aqnellini 16 ay müddətinə futboldan uzaqlaşdırıb.
Allsport.az xəbər verir ki, Aqnelliyə qarşı cəza Turin klubunda 2020 və 2021-ci illərdə maaş fırıldaqlarına görə verilib.
47 yaşlı funksioner 60 min avro da cərimələnib. Andrea məhkəmənin qərarından apellyasiya şikayəti verə bilər.
O, 12 ildən çox “Yuventus”u idarə edib və ötən ilin noyabrında istefa verib.