- Baxış sayı: 34
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 103
- Fevral 06, 2026
- 0

“Neftçi”nin futbolçusu Eddi İsrafilov əməliyyat olunub. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bununla bağlı açıqlama verib:
“Uzun müddət menisk yırtığı ilə oynayırdım, amma daha ağrıya dözə bilmədim və meniskdə təmizlənmə əməliyyatı aparıldı. Zədələrim fərqli deyildi. Həmişə eyni zədə olub. Buna baxmayaraq, ağrıkəsicilərdən istifadə edərək oynamağa davam edirdim.
Arzu edirəm ki, tezliklə bərpa olum və bu mövsümdə qarşımıza qoyulan məqsədlərə çatmaq üçün komandaya kömək edə bilim”.