- Baxış sayı: 178
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0

AFFA, PFL və 8 premyer liqa klubunun əməkdaşlarından ibarət komandaların iştirakı ilə təşkil olunan “Zəfər kuboku” turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, turnirin ilk yarımfinal oyununda AFFA üzərində 4:1 hesablı qələbə qazanan “Sumqayıt” finala vəsiqə qazanıb.
Yarımfinalın digər qarşılaşmasında “Səbail” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. Həlledici qarşılaşmada “Səbail” üzərində 3:1 hesablı qələbə qazanan “Sumqayıt” “Zəfər kuboku” turnirinin qalibi olub. Qalib komandaya kuboku AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov təqdim edib.