“Zəif cəhətimiz budur ki, hücumlar zamanı fərdi mübarizədən qalib ayrıla bilmirdik”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin 8-ci turda “Qəbələ” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis 1:3 yenildikləri görüşdə qol imkanlarını qaçırdıqları üçün təssüfləndiyini deyib:

“Qəbələ”ni təbrik edirəm. Rəqib kompakt müdafiə olundu. Təəssüf ki, hesab 0:0 olarkən qol imkanlarından istifadə edə bilmədik. Acınacaqlı hal odur ki, rəqib bizi əks-hücumlarda tutmağı bacardı. Bu məğlubiyyətdən nəticə çıxarıb, növbəti oyuna hazırlaşmalıyıq”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Dabo və Dario ilk hissədə normal oynadılar. Təkcə onlar yox, ümumiyyətlə, bütün komanda üzvləri üzərlərində çalışmalı və artırmalıdırlar. Fasilə zamanı yoxlama oyunu keçirməməyimizin səbəbi kifayət qədər futbolçumuzun milli komandaya dəvət almasıdır.

Buna görə də əvəzedici heyətdən bir neçə futbolçu çağırıb, mix-matç keçirməli olduq. Rəşad Eyubova gəlincə, oyun praktikasının az olmasına baxmayaraq, pis oynamadı. Zəif cəhətlərimiz budur ki, hücumlar zamanı fərdi mübarizələrdən qalib ayrıla bilmirdik. Uduzmuşuqsa, komanda şəklində uduzmuşuq”.

Həmin kateqoriyadan