- Baxış sayı: 10
- 09 Dekabr 2025 23:14
- Baxış sayı: 44
- Dekabr 08, 2025
- 0

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa kubokunda növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi yer aldığı “A” qrupunda üçüncü matçına çıxıb.
Rəqib Çex Respublikasından “Veşka Olomuç”a olub. Qarşılaşmada hesabı çexiyalılar açsalar da, Azərbaycan komandası bərabərlik qolunu vura bilib. Nəticədə oyun 1:1 hesabı ilə yekunlaşıb.
Beləliklə, qrup mərhələsini 2-ci pillədə başa vuran “Zəngəzur” pley-offa vəsiqə qazanıb. Təmsilçimiz orada digər qrupda birinci yeri tutacaq komanda ilə qarşılaşacaq.