- Baxış sayı: 9
- 27 Noyabr 2024 13:47
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Sumqayıt” premyer liqanın 11-ci turunda evdə “Zİrə”yə 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov bunu deyib:
“İlk növbədə bizi sona qədər dəstəklədiklərinə görə, azarkeşlərimizə təşəkkür edirəm. Oyun əldən getsə də, soyuq havada şəhərin komandasını dəstəkləyirlərsə, bunu qiymətləndirməliyik. Allah onlardan razı olsun. Biz də bunun cavabını yaxşı tərəfdən nə vaxtsa verəcəyik. Oyunu iki hissəyə bölərdim. Sanki, gərginlik var idi, yaxşı başlamadıq.
Bu da çox istəkdən irəli gəlirdi. İkinci yarıda oyuna nəzarəti ələ aldıq. Əfsuslar olsun ki, bunlar hamısı sözlərdədi. Üstünlüyü qola çevirə bilmirsənsə, bu da mənasız olur. Hücumda dişsizlik var, qol epizodlarını reallaşdıra bilmirik. Rəqibin meydançasına çatıb, işimiz asmalarla bitəcəksə, bu da bir vaxta qədərdi. Əsas odur ki, öz dərdimizi, problemimizi bilirik. Səbirliyik və onlar da düzələcək. Zamana ehtiyacımız var”.