“Zambiya futbolçuları qələbəyə daha layiq idi”

UEFA inkişaf turniri çərçivəsində Gürcüstanda yeniyetmələr arasında keçirilən Azərbaycan – Zambiya oyununda qarşı tərəf 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, U-17 millinin baş məşqçisi Elxan Abdullayev yenilgini belə şərh edib: 

“Yaxşı rəqibə qarşı oynadıq. Təəssüf ki, istədiyimiz oyun alınmadı. Buna səbəb isə rəqibin bizə qarşı güclü təzyiq göstərməsi idi. İlk dəfədir ki millimiz Afrika komandasına qarşı oynayırdı.

Bu, bizim gənc futbolçular üçün bir təcrübədir. Turnir hələ bitməyib, qarşıda Gürcüstan millisi ilə oyunumuz var. Əsas işimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır.

Bu cür beynəlxalq oyunlar keçirməklə böyük təcrübə qazanırıq. Zambiya fiziki cəhətdən güclü bir kollektivdir və onlar bu görüşdə qələbəyə daha layiq idi”.

Həmin kateqoriyadan