- Baxış sayı: 26
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Mənim üçün Zaqatala da eynidir, Lənkəran da. Hər 2 şəhərin komandaları premyer liqada oynamağa layiqdir. Hər ikisinin futbol ənənələri var. “Xəzər Lənkəran”la səfər oyunlarına başqa cür hazırlaşdığımı 7-8 il əvvəlki müsahibələrimdə də demişəm. Həmin stadionda futbolçular özlərini böyük oyundakı kimi hiss edirdilər. 10-12 min azarkeş dəstəyi olan kluba qarşı oynamaq elə də asan deyil. Heç birini bir-birindən ayırmıram”.
Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Turan Tovuz” və “Kəpəz”in yeni mövsümdən premyer liqaya dönüşü barədə deyib. 50 yaşlı mütəxəssis “Zaqatala”nın güclülər dəstəsinə , “Xan Lənkəran”ın 1-ci diviziona buraxılmamasına da münasibət bildirib: “İndi belə qərar veriblər. Amma təkcə saya yox, keyfiyyətə də fikir vermək lazımdır. Keyfiyyət çox vacibdir. Həm oyunçu, həm komanda, həm stadionların keyfiyyəti də nəzərə alınmalıdır. Burada hər şey böyük rol oynayır. İndi belə addım atıldı, gözləyək görək necə olacaq.
Özüm “Turan”da oynamışam, Tovuzun futbol ənənəsi var. Gəncə haqda danışmağa ehtiyac yoxdur. Azərbaycana ən çox futbolçu verən bölgələrdən olub. Azarkeş sayına görə də həmişə üstün idilər. Bu cür şəhərlərimizdə futbolun olması sevindiricidir. Digər şəhərləri də yaddan çıxarmalı deyilik. Mənim üçün Zaqatala və Lənkəran eynidir. Çoxdandır ki, Tovuzda, Gəncədə oyun oynamamışıq. Mənim üçün bu şəhərlərə yollanmaq çox xoş olacaq. Yəqin ki, köhnə tanışlarımı da görəcəm, futbol ənənələrini yenidən yada salacağam”.