- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 94
- Noyabr 21, 2024
- 0
“Zauber” komandasının pilotu Markus Eriksson qarşıdan gələn Kanada və Avropa qran-prilərini şərh edib. Allsport.az saytı xəbər verir ki, o, son vəziyyətə belə qiymət verib: “Qarşıdakı qran-pri yarışlarını səbirsizliklə gözləyirəm. Monrealdakı tras, oranın ab-havası çox xoşuma gəlir. Bu, böyük hadisədir”. Eriksson daha sonra əlavə deyib:
“Bundan dərhal sonra bizi Azərbaycanda Avropa qran-prisi uğrunda yarışlar gözləyir. Formula-1 təqviminə yeni trasların və yeni ölkələrin daxil edilməsi çox yaxşı haldır. Bakı barədə məlumatım azdır, lakin səyahət etməyi və yeni yerlərlə tanış olmağı xoşlayıram. Bakı trası bizim hamımız üçün naməlumdur.
Buna görə də yürüş uik-endinin startından əvvəl həmin tras boyunca gəzişmək vacib olacaq. Bakıdakı yürüşləri səbirsizliklə gözləyirəm və ümidvaram ki, uik-endin gedişində azarkeşlər bizi dəstəkləyəcəklər”.