- Baxış sayı: 95
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Mən AzAL ilə oyunun çətin keçəcəyini bilirdim. Ümumiyyətlə, AzAL ilə matç həmişə ağır olur, bu gün də bizə qarşı sona qədər təzyiq etdilər. Çətin görüşün fonunda 3 xal qazandığımız üçün şadam. Oyuna sonradan daxil olan Abbas Hüseynova çox inanıram, nə vaxt hazır olur, o zaman meydançaya çıxır”.