Zaur Svanadze: “Bütövlükdə mövsüm bizim üçün yaxşı alındı”

“İnter”in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 36-cı turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, “bankçılar”ın gürcü çalışdırıcısı 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra bunu söyləyib:

“Bütövlükdə, baş məşqçi kimi komandamın keçirdiyi mövsümdən razı qaldım. Çünki mövsümün əvvəlində bizim dördüncü olacağımızı deyən olsaydı, buna heç kim inanmazdı.

Hər kəsə, bütöv kollektivimizə gördüyü işə görə təşəkkürümü bildirirəm. Əlbəttə, elə oyunlar oldu ki, daha yaxşı çıxış edə bilərdik. Amma bütövlükdə mövsüm bizim üçün yaxşı alındı”.

Həmin kateqoriyadan