- Baxış sayı: 186
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 186
- Dekabr 05, 2025
- 0

Türkiyədə təlim-məşq toplanışında olan Bakı “İnter”i ilk yoxlama matçını keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız “Bolu Termal” mehmanxanasının stadionunda Kamerunun “”Colombe Sportive du Dja et Lobo” klubunu 1:0 üstələyib. Oyundan sonra baş məşqçi Zaur Svanadze bunu deyib:
“Hazırlıq normal keçir. Məşq edirik. Şükür, zədəlimiz yoxdur. Bu gün Kamerun təmsilçisinə qarşı oyun keçirdik. Yaxşı oyun alındı. İki fərqli heyətlə oynadıq. Çox sayda qol vəziyyətlərimiz oldu, lakin bir vəziyyətdən yararlana bildik. Realizasiyalar üzərində çalışmaları davam etdirəcəyik”.