- Baxış sayı: 10
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 89
- Noyabr 25, 2024
- 0
“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Komandanın oyunundan razı qaldım. Bütün çətinliklərə, zədələrə baxmayaraq, yaxşı futbol sərgilədik. Oyundan öncə Mirhüseyn və Nika zədə aldılar. Qeyd etməliyəm ki, qələbə də qazana bilərdik. Maddi problemlərin fonunda komandanı oyuna hazırlamaq çətindir. Amma bizim oyunçular peşəkardırlar. Onlar bizə meydanda çox kömək edirlər. Zədəli oyunçularımızdan Rauf Əliyev Almaniyadan qayıdıb. Hücumçu bərpa prosesinin ilk mərhələsindədir. Onun yaşıl meydanlara qayıtması üçün 3-4 ay vaxt lazımdır”.