- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Biz oyuna pis başladıq və 2-ci dəqiqədə qol buraxdıq, şokdan yeni ayılmışdıq ki, ikinci qolu buraxdıq, daha sonra 3-cü qolu qapımızda gördük. Daha sonra oyuna nəzarət etdik, qollar vurduq. Zədələr bizi çox sıxır. Son məşqdə zədə alan Dieqo Martins də oyunda iştirak edə bilmədi. Səhvlər üzərində işləmək və güclənmək lazımdır”.