- Baxış sayı: 30
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Almaniya 3-cü Bundesliqasının 24-cü turunda millimizin yarımmüdafiəçisi Toğrul Əratın çıxış etdiyi “Duysburq” doğma meydanda çempionluq yolunda izləyicilərindən olan “Maqdeburq” klubu ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu matçda heç-heçə edib (0:0). Həmvətənimizin adı görüşün iştirak ərizəsində yer almayıb. “Zebrlər” 24 turdan sonra 46 xalla 20 klub arasında 1-ci yerdədir.