- Baxış sayı: 23
- 05 Fevral 2026 17:35
- Baxış sayı: 203
- Fevral 04, 2026
- 0

Almaniya 3-cü Bundesliqasında 5-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın çıxış etdiyi “Duysburq” səfərdə “Maqdeburq” ilə qarşılaşıb.
“Zebrlər” bu matçdan qələbə ilə ayrılıb – 2:1. Futbolçumuz görüşə start heyətdə başlayıb. O, 40-cı dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. 44-cü dəqiqədə sarı vərəqə alan futbolçu 70-ci dəqiqədə əvəzlənib.
5 turdan sonra “Duysburq” 20 klub arasında 11 xalla 1-ci yerdə qərarlaşıb.