- Baxış sayı: 32
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Braziliyanın “Botafoqo” klubu hücumçu Arturun transferinə görə Rusiyanın “Zenit” klubuna 3,1 milyon avro borcludur.
Allsport.az xəbər verir ki, Braziliya təmsilçisi tətbiq edilən sanksiyalar səbəbindən yaranan texniki problemlərə görə ödənişi həyata keçirə bilmir.
27 yaşlı braziliyalı hücumçu bu ilin yanvarında “Zenit”dən “Botafoqo”ya transfer olunub. Keçidin ümumi məbləği təxminən 10 milyon avro təşkil edib.