- Baxış sayı: 40
- 12 Dekabr 2025 23:40
- Baxış sayı: 45
- Dekabr 12, 2025
- 0

Rusiyada keçirilən PARİ premyer kubokunda “Neftçi” ilk oyununu keçirib.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi turnir çərçivəsində “Zenit” ilə qarşılaşıb.
“Qazprom arena”da keçirilən matç Rusiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb (3:1).
“Neftçi”nin tək qolunu Mateus Saldanya 39-cu dəqiqədə penaltidən vurub. “Zenit”də isə qolları Mantuan (49-cu dəqiqə), Klaudinyo (70-ci dəqiqə), Bakayev (80-ci dəqiqə) vurub.