- Baxış sayı: 22
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 56
- Dekabr 05, 2025
- 0

“Zenit”in müdafiəçisi Robert Renan “Beşikdaş”ın maraq dairəsindədir.
Allsport.az xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı futbolçunu almaq hüququ ilə icarəyə götürmək istəyir. Eyni zamanda, Rusiya klubu futbolçunu həmişəlik satmaq niyyətindədir və onun üçün 15 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.
Ötən mövsüm Renan Səudiyyə Ərəbistanının “Əl-Şəbab” komandasında icarə əsasında çıxış edib. Orada bütün turnirlərdə 35 oyun keçirib və 3 məhsuldar ötürmə verib.