- Baxış sayı: 32
- 25 Aprel 2025 23:23
- Baxış sayı: 68
- Aprel 25, 2025
- 0
Qətərdə dünya çempionatında 1/8 finalın bir görüşü baş tutub. Allsport.az saytı xəbər verir ki, günün ilk oyununda Xorvatiya və Yaponiya seçmələri üz-üzə gəliblər.
Hesabı ilk yarıda asiyalılar açıb. Amma 2-ci hissənin əvvəllərində “damalılar” bərabərlik qolunu vurublar. Matçın əsas və əlavə vaxtında nəticə dəyişməyib.
11-metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən Xorvatiya futbolçuları 3:1 qalib gələrək, 1/4 finala adlayıblar.
Qeyd edək ki, yaponiyalı azarkeşlər hər oyundan sonra stadionla olan zibilləri könüllü olaraq yığışdıraraq, hən yerli, həm də dünya ictimaiyyətinin diqqətini cəlb ediblər. Onların bu əməlləri təqdir olunub və nümunə kimi göstərilib.