- Baxış sayı: 35
- 06 Fevral 2026 17:46
- Baxış sayı: 220
- Fevral 04, 2026
- 0

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın kiçik oğlu Elias Zidan “Betis”in futbolçusu olacaq.
Allsport.az xəbər verir ki, fransalı futbolçu atasının müşayiəti ilə yeni klubu üçün tibbi müayinədən keçib. 18 yaşlı müdafiəçi ilə rəsmi müqavilə bu gün imzalanacaq.
Elias Madrid klubunun akademiyasında çıxış edib və o, karyerasına “Betis”də gənclər komandasında başlayacaq.