Zinçenko “Ayaks”da

“Arsenal”ın və Ukrayna millisinin sol cinah müdafiəçisi Aleksandr Zinçenko karyerasını Niderlandda davam etdirməyə yaxındır.

Allsport.az xəbər verir ki, 29 yaşlı futbolçu müqavilə imzalamaq üçün Amsterdama yola düşəcək.

Bildirilir ki, “Ayaks” bu transfer üçün London təmsilçisinə 1,5 milyon avro və futbolçun çempionlar liqasındakı çıxışına görə əlavə bonuslar ödəyəcək.

Zinçenko cari mövsümün ilk hissəsini icarə əsasında “Nottingem Forest” klubunda keçirib və iştirak etdiyi 10 matçda məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun “Arsenal” ilə müqaviləsi bu ilin iyununa qədər qüvvədədir.

Həmin kateqoriyadan