- Baxış sayı: 31
- 30 Mart 2026 21:25
- Baxış sayı: 136
- Mart 30, 2026
- 0

Bu gün “Zirə” peşəkar futbol klubunun təsis olunmasından 4 il keçir. Allsport.az saytı xəbər verir ki, 2014-cü ilin 18 iyulunda yaranan klub bu müddətdə artıq 4-cü mövsüm Topaz premyer kiqasında iştirak edəcək. “Qartallar” bu illər ərzində bəzi uğurlu nəticələr qazanıb.
İlk mövsümündə Azərbaycan çempionatında gümüş medal qazanan komanda avrokuboklara vəsiqə qazanıb. Amma UEFA-nın lisenziya tələblərinə uyğun olaraq komandanın təsisinin 3 ili tamam olmadığından “Zirə” avrokuboklarda iştirak edə bilməyib.
Buna baxmayaraq, 1 il sonra Avropa liqasında iştirak edən “qartallar” ilk mərhələdə Lüksemburqun “Differdanj” komandasını mübarizədən kənarlaşdırmağa müvəffəq olub. Son 3 mövsümdə premyer liqanın iştirakçısı olan “Zirə” daim iddiaçılar sırasında yer alıb.