- Baxış sayı: 26
- 29 Mart 2026 21:40
- Baxış sayı: 146
- Mart 29, 2026
- 0

“Zirə” klubu dövrələrarası fasilədə ilk transferini edib. Allsport.az saytı xəbər verir ki, komanda müdafiə xəttini gücləndirmək məqsədilə Sadiq Quliyevlə anlaşıb. Razılığa əsasən, o, cari mövsümün sonunadək “Zirə”nin formasını geyəcək.
Futbolçu ötən mövsüm də bu klubun heyətində çıxış edib. Sonra müqavilə ilə məxsus olduğu “Qəbələ”yə dönən gənc müdafiəçi, bu dəfə azad agent statusunda “qartallar”ın sıralarına qoşulub.