- Baxış sayı: 6
- 25 Noyabr 2024 11:20
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Sumqayıt”la oyuna hazırğlığı davam etdirən “Zirə” növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Allsport.az xəbər verir ki, “qartallar” “Bakı” ilə üz-üzə gəliblər.
Baş məşqçi Adil Şükürov ilk “11-lik”də Kamal Bayramov, Sadiq Quliyev, Yovan Krneta, Çimezi Mba, Aleksandr Şemonayev, Viktor İqbekoyi, Tərzin Cahangirov, İqor İvanoviç, Rəşad Abdullayev, Nurlan Novruzov və Nelson Bonilaya şans verib. Qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.
Fasilədən sonra “Zirə”nin baş məşqçisi Luis Albertonu meydana buraxıb. 58-ci dəqiqədə Mbanın sağ cinahdan qapıya paralel ötürməsindən sonra Nelson “Zirə”nin heyətində ilk oyunundaca qol hesabını açıb. Ardından Anar Nəzirov, Ruslan Cəfərov, Eltun Hüseynov, İlqar Hüseynov, Təmkin Xəlilzadə, Vüsal İsgəndərli və Mirkamil Həşimli də mübarizəyə qoşulub.
Qarşılaşmanın qalan dəqiqələri ərzində “qartallar” rəqibi daha 3 dəfə mərkəzə dəvət ediblər. Rəşad Abdullayev bir-birindən gözəl iki qola imza atıb. Son dəqiqədə isə məhz kapitanın ötürməsindən sonra müdafiəçiləri geridə qoyan Vüsal İsgəndərli qapıçı ilə təkbətək dueldən də qalib ayrılıb. Nəticədə, “Zirə” “Bakı” ilə yoxlama oyununda 4:0 hesablı qələbə qazanıb.