- Baxış sayı: 31
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 31
- Noyabr 26, 2024
- 0
25 il öncə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmişdir. Allsport.az saytı xəbər verir ki, xüsusi amansızlıqla həyata keçirilən soyqırım nəticəsində 2500 əhalisi olan şəhər tamamilə dağıdılmış, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə tamami ilə məhv edilmişdir.
Bundan başqa, 487 nəfər yaralanmış, 1275 nəfər əsir alınmış, 150 Xocalı sakini isə itkin düşmüşdür.
“Zirə” Peşəkar Futbol Klubu təkcə millətimiz üçün yox, bəşəriyyət üçün böyük faciə olan Xocalı soyqrımı ilə bağlı xalqımıza dərin hüznlə başsağlığı verir, günahkarların tezliklə cəzalandırılmasını diləyir.
Biz Xocalıya ədalət istəyirik!