- Baxış sayı: 184
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 184
- Dekabr 05, 2025
- 0

“Zirə” klubu qış transfer pəncərəsində daha bir futbolçu ilə müqavilə imzalayıb. Allsport.az saytı saytı xəbər verir ki, hücum xəttini gücləndirmək məqsədi ilə fransalı Ben Sanqare heyətə cəlb olunub. Forvardla 1,5 illik müqavilə imzalanıb.
“Nansi”nin yetirməsi olan Ben yeniyetmə yaşlarında Almaniyanın “Frayburq” klubunun ikinci komandasında da çıxış edib. Bundan sonra yenidən Fransaya dönən Seneqal əsilli 26 yaşlı hücumçu aşağı liqa klublarında forma geyinib.