“Zirə” “Fənərbağça” ilə qarşılaşa bilər

Allsport.az xəbər verir ki, “Zirə”nin və Azərbaycan minifutbol dederasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbağça” klubunun baş katibi Burak Kızılhanla görüşüb. “Fənərbağça” klubunun ofisində keçirilən görüşdə həmçinin Azərbaycan minifutbol dederasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvüləri də iştirak edib.

Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbağça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb. Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Həmin kateqoriyadan