- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi” məşqləri bərpa edib.
Allsport.az saytı xəbər verir ki, Topaz premyer liqasının 4-cü turunda “Keşlə” üzərində qələbədən (2:0) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşqə çıxıb.
Məşqdə zədəli Ruslan Abışov iştirak etməyib. Emin Mahmudov isə fərdi hazırlaşıb. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, sentyabrın 22-də “Dalğa arena”da baş tutacaq “Zirə” – “Neftçi” oyunu saat 20:30-da start götürəcək.