- Baxış sayı: 8
- 06 Fevral 2026 10:11
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Azərbaycan premyer liqasında “Zirə”- “Kəpəz” görüşünün məkanı dəyişdirilib.
Allsport.az xəbər verir ki, XXVII turun görüşü Zirə idman kompleksinin stadionunda keçirilməyəcək. Buna səbəb qəsəbə təmsilçisinin stadionunun qazonunda əsaslı təmir işlərinin aparılmasıdır. Qərara əsasən, Rəşad Sadıqovun komandası “Kəpəz”i Tofiq Bəhramov adına respublika stadionunda qəbul edəcək.
“Zirə” Azərbaycan kubokunun yarımfinal oyunundan etibarən Zirə idman kompleksinin stadionuna qayıdacaq.