- Baxış sayı: 27
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Differdanj”la oyundan sonra Belçikaya yollanan “Zirə” dünən gecə Rumıniyaya gəlib. Allsport.az saytı xəbər verir ki, Avropa liqasının 2-ci təsnifatında “Astra” ilə qarşılaşacaq komandamız Buxarest yaxınlığında yerləşən ölkə yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir.
Sabah da burda məşq edəcək “qartallar” iyulun 12-də Giurgiyə yola düşəcək. “Zirə” oyun öncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək.
Məşq oyunun başlanma saatında – 20:30-da start götürəcək və ilk 15 dəqiqəsi açıq olacaq. Bundan yarım saat əvvəl isə “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı kəçiriləcək.