- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu Moldova millisinin üzvü Aleksandr Dedovla anlaşıb.
28 yaşlı yarımmüdafəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb. O, ölkəsinin “Milsami” klubundan transfer edilib.
2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib.