- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Hazırlığını Türkiyədə davam etdirən “Zirə” daha bir futbolçu ilə güclənib. Allsport.az xəbər verir ki, paytaxt klubu nigeriyalı Çimezi Mba ilə bir illik müqaviləyə imza atıb.
Müdafiəçi İsrail təmsilçisi, Petax-Tikvanın “Hapoel” klubundan ölkəmizə gəlib. Peşəkar karyerasına vətənində başlayan Mba milli komandadakı çıxışı ilə avropalıların diqqətini çəkib. 23 yaşlı müdafiəçi əvvəlcə Belçika, ardından isə İsrailə yollanıb. Mba Nigeriyanın U-20 yığma komandasinda oynayib. O, 2011-ci ildə Kolumbiyada keçirilən dünya çempionatında da iştirak edib. Həmin vaxt Mbanın yer aldığı Nigeriya yığması qrupda 1-ci yeri tutub. 1/8 final mərhələsində İngiltərəni məğlub edən Çimezinin komandası 1/4-də Fransaya penalti seriyalarında uduzub.