- Baxış sayı: 30
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, bu gün gürcüstanlı mərkəz yarımmüdafiəçisi Georgi Qoroziya “qartallar”ın sıralarına qoşulub. 22 yaşlı futbolçu mövsümün sonuna qədər komandamızın formasını geyəcək.
O, “Zirə”yə Norveç premyer-liqasında çıxış edən “Stabek” klubundan gəlib. 2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tiflisin “Lokomotiv” və Kutaisinin “Torpedo” klubunda forma geyib.
Georgi həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 20012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa Çempionatının yarımfinalına qədər yüksəlib.