- Baxış sayı: 75
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Zirə” transfer pəncərəsinin son günü heyətini daha bir futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, Salvador yığmasının hücumçusu Nelson Bonilya ilə 2 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu karyerasına ölkəsində “Alyansa” klubunda başlayıb. Ötən il Rumıniyanın “Viitorul” klubuna transfer olunan Nelson 25 oyunda 7 qola imza atıb. Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidir. O, yığma komanda ilə 2013-cü ildə Kosta Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.