- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 172
- Fevral 06, 2026
- 0

Premyer liqada 12-ci tur həyəcanı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün daha 2 görüş keçirilib. “Keşlə” öz meydanında “Zirə”ni qəbul edib. Qarşılaşmanın taleyini yeganə qol həll edib və “qartallar” öncül “Qarabağ”ı 1 xal geridə izləyirlər.
Günün digər oyunu Gəncədə baş tutub. Debütant “Səbail” autsayder “Kəpəz”in qonağı olub. 5 qolun qeydə alındığı matçda “Kəpəz” növbəti dəfə yenilib – 2:3.
Tur sabah keçiriləcək “Neftçi” – “Qəbələ” görüşü ilə bitəcək.