- Baxış sayı: 37
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

İngiltərənin “Hall Siti” klubunun prezidenti Acun Ilıcalı “Zirə” klubunun rəsmiləri ilə görüşüb.
Allsport.az xəbər verir ki, 54 yaşlı funksionerə Premyer Liqa təmsilçilərinin forması hədiyyə olunub.
“Zirə”nin müşahidə şurasının sədri Orxan Məmmədov görüşlə bağlı şəxsi “X” hesabından paylaşım edib. O, səmimi keçən görüşdə iki klub arasında əməkdaşlıq, ölkəmizə əyləncə, idman və turizm sektorlarına sərmayələrdən söhbət etdiklərini vurğulayıb.