- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Zirə” Türkiyədə hazırlıq mərhələsində ilk yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “qartallar” Qırğızıstan təmsilçisi “Dordoy”la (Bişkek) qarşılaşıb. Baş məşqçi Ayxan Abbasov start heyətində Kamal Bayramov, Yovan Krneta, Sadiq Quliyev, Adil Nağıyev, Aleksandr Şemonayev, Tural Cəlilov, Vüqar Mustafayev, Milan Duriç, Elvin Məmmədov, Sezar Meza Kolli və Elgün Nəbiyevi meydana buraxıb.
Görüşün ilk dəqiqələrindən komandamız oyuna nəzarəti ələ alsa da, qol rəqibdən gəldi. İlk yarı Qırğızıstan təmsilçisinin üstünlüyü ilə başa çatdı. Fasilədən sonra isə komandamızda dəyişiklik edildi. Meydana Anar Nəzirov, Təmkin Xəlilzadə, Viktor İqbekoyi, Yamin Ağakərimzadə, Vüsal İsgəndərli, Cavid Tağıyev və Nurlan Novruzov giriblər. Yalnız Sadiq, Yovan, Adil və Vüqar oyunu əvəzolunmadan keçirib. “Qartallar” ikinci hissədə istəyinə nail olub. Əvvəlcə Milan Duriç cərimə zərbəsi ilə baxımlı qola imza atdır. 75-ci dəqiqədə isə Vüqar Mustafayev fərqlənib – 2:1.
“Zirə” ilk yoxlama oyununda qələbə qazandı. Komandamız yanvarın 22-də Bolqarıstanın “Lokomotiv” (Qorna) klubu ilə üz-üzə gələcək.