- Baxış sayı: 205
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 205
- Dekabr 05, 2025
- 0

Premyer liqasının 12-ci turunda “Sumqayıt”a vurulan sonuncu qol “Zirə” üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Bilal Həmdinin 90+6-cı dəqiqədə vurduğu top “qartallar”ın 70-ci səfər qolu olub. Bunu 52-ci görüşdə reallaşdıran “Zirə”nin öz meydanındakı orta məhsuldarlığı 1,35-ə bərabərdir.
Bilal Həmdi həm də özünün “Zirə”dəki qol hesabını açıb. Matçın sonunda fərqlənən fransalı yarımmüdafiəçi özünün yubiley – 10-cu matçında ilkə imza atıb. Əvvəlki 9 qarşılaşmada qol sevinci yaşamayan legioner bununla da görüşdə son nöqtəni qoyub – 3:1.
Bilal “Zirə”nin tarixində qol vuran 50-ci futbolçu olub. O, bunu premyer liqada gerçəkləşdirən 29-cu oyunçudu.