- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 26-cı turunda “Sumqayıt”la 1:1 hesablı heç-heçə edən “Zirə” iki rekorda imza atıb. Allsport.az saytı xəbər verir ki, qəsəbə klubu cari mövsümdə ardıcıl 4 oyunda heç-heçə edən ilk komanda olub. 23-cü turda “Qarabağ”la qolsuz bərabərə qalan Ayxan Abbasovun komandası “Qəbələ”, “İnter” və “Sumqayıt”la görüşlərdə eyni hesablı nəticə göstərib – 1:1.
Bunadək mövsümün sülh rekordu ardıcıl 3 bərabərlik əldə edən “İnter”, “Kəpəz”, “Qəbələ” və “Zirə”yə məxsus idi. Sonuncular bu seriyasını 4-ə çatdırmaqla həm də klub tarixinin rekordunu edib. Bakılılar indiyədək ardıcıl 4 matçda 1 xal qazanmamışdı. “Qəbələ” də 26-cı turadək ardıcıl 3 heç-heçə etsə də, bu seriya “Kəpəz”lə səfər matçındakı 0:2 hesablı məğlubiyyətlə qırılıb.