- Baxış sayı: 37
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Azərbaycan klublarının avrokuboklarda 250-ci qolu vurulub. Allsport.az saytı xəbər verir ki, yubiley topu Avropa liqasının 1-ci təsnifatının ilk oyunlarına təsadüf edib.
Lüksemburq “Differdanj”ını qəbul edən “Zirə”nin görüşdə vurduğu 2-ci top 250-ci kimi tarixə düşüb. 80-ci dəqiqədə fərqlənən Kervens Belford bu tarixi qolun müəllifi olub. Hesabı 2:0-a çatdıran legionerin qoluna qədər təmsilçilərimiz avrokuboklarda 249 dəfə fərqlənmişdi.
1994-cü ilə təsadüf edən avrokuboklardakı debütümüzdən cari mövsümün startınadək komandalarımız 280 matçda 248 qola sevinmişdi. Mövsümün 2-ci qolu da “Zirə”nin matçında vurulduğundan yubiley də Belfortun hesabına yazılıb.