- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində ən böyükhesablı ev qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası buna premyer liqanın XXIX turunda nail olublar.
Bakı klubu öz meydanında “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. Zirənin eyniadlı təmsilçisi bunadək evdə ən böyük fərqlə – üç top üstünlüyü ilə qalib gəlib. Buna üç dəfə təsadüf olunub.
“Zirə” tarixinin Premyer Liqadakı ən böyükhesablı qələbəsini də təkrarlayıb. 2015/16 mövsümündə “Rəvan”ın qapısından 4 cavabsız top keçirən qəsəbə klubu yenə eyni hesabla qalib gəlib. 2016-cı il aprelin 10-da baş tutan həmin qarşılaşmanı “Zirə” səfərdə keçirib.